“Bavariya”nın istədiyi yarımmüdafiəçi
Fransanın PSJ klubunun futbolçusu Xavi Simons karyerasını Almaniyada davam etdirə bilər.
Msport.az xəbər verir ki, “Bavariya” yarımmüdafiəçinin xidmətində maraqlıdır.
Münhen təmsilçisinin idman direktoru Maks Eberl oyunçunu komandada görmək istəyir.
Lakin “Bavariya” futbolçu üçün tələb olunan 60-70 milyon avronu ödəmək niyyətində deyil.