“Bavariya”nın oyunu güclü qara görə təxirə salındı
Almaniya Bundesliqasının XIII turunda bu gün keçirilməsi planlaşdırılan “Bavariya” – “Union” (Berlin) oyunu təxirə salınıb.
Msport.az xəbər verir ki, buna Münhen şəhərindəki hava şəraiti səbəb olub.
Matç güclü qar səbəbindən baş tutmayacaq. Qarşılaşmanın hansı tarixdə gerçəkləşəcəyi hələlik bəlli deyil.
Qeyd edək ki, görüş Bakı vaxtı ilə saat 18:30-da başlanmalı idi.







