featured-image-46437

“Bavariya” Çempionlar Liqasında 1/4 final sindromu ilə üzləşib.

Msport.az xəbər verir ki, Almaniya klubu üç ildir bu mərhələdə qələbə qazanmır.

Münhenlilər cari mövsümün 1/4 final raundunun ilk oyununda “Arsenal”la məhsuldar heç-heçə ediblər – 2:2. Əvvəlki üç cəhd də qələbəsiz bitib.

2020/21 mövsümündə “Bavariya” üçün PSJ səddi keçilməz olub – 2:3, 0:1. Bir il sonra almaniyalıların yolunu “Vilyarreal” kəsib – 0:1, 1:1. “Mançester Siti” ilə ötənilki oyunlar da (0:3, 1:1) uğursuz alınıb.

Qeyd edək ki, “Bavariya” “Arsenal”la cavab görüşünü aprelin 17-də “Alyans Arena”da keçirəcək.

Bənzər xəbərlər