“Bavariya”nın transfer hədəfi dəyişmir
“Bavariya” yay transfer bazarında işini hələ yekunlaşdırmayıb.
Msport.az xəbər verir ki, Münhen klubu “Ştutqart”ın hücumçusu Nik Voltemadeni heyətinə qata bilməsə də, 23 yaşlı alman hələ də əsas transfer hədəfi olaraq qalır.
Bu keçid üçün xüsusi büdcə də ayrılıb. Bundan əlavə, “Bavariya” Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubuna keçməyə qərar verən Kinqsli Komana əvəzedici tapmaq istəyir. Klub rəhbərliyi heyətin sayını azaltmağı məqsədəuyğun saysa da, UEFA Çempionlar Liqasında uğurlu çıxış üçün kadr dərinliyinin vacibliyini də anlayır.
Qeyd edək ki, “Bavariya” son mövsümdə Vensan Kompaninin rəhbərliyi altında Bundesliqanın qalibi olub, Çempionlar Liqasında 1/4 finala, Almaniya kubokunda isə 1/8 finala qədər irəliləyib.