“Bavariya”nın Virtz planı
“Bavariya” yayda “Bayer”in yarımmüdafiəçisi Florian Virtzi transfer etmək cəhdlərini davam etdirir.
Msport.az xəbər verir ki, klublar arasında danışıqlar artıq başlayıb.
Münhenlilər prosesi sürətləndirməyə çalışırlar ki, futbolçu ilə müqavilə 15 iyun – 13 iyul tarixlərində ABŞ-da keçiriləcək Klublararası Dünya Çempionatından əvvəl bağlansın. Digər tərəfdən, “Bayer” Virtzi gələn yayadək heyətində saxlamaq niyyətindədir. Əgər transfer bu yay baş tutsa, “Bavariya” keçid üçün 150 milyon avro ödəməli olacaq.
Qeyd edək ki, Florian Virtz cari mövsüm “Bayer”in heyətində bütün turnirlərdə 44 oyunda iştirak edib, 16 qol vurub, 15 məhsuldar ötürmə verib. Onun Leverkuzen klubu ilə müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir.