“Bavariya” ölkə kuboku ilə erkən vidalaşdı
“Bavariya” klubu Almaniya Kubokunda mübarizəni erkən dayandırıb.
Msport.az xəbər verir ki, Münhen təmsilçisi 1/16 final mərhələsində səfərdə “Saarbrüken”ə 1:2 hesabı ilə uduzub.
Bu məğlubiyyətlə, həmçinin “Bavariya”nın 13 matçlıq məğlubiyyətsizlik seriyası (11 qələbə, 2 heç-heçə) qırılıb. Münxen təmsilçisi sonuncu dəfə avqust ayında Almaniya Superkuboku matçında “Leypsiq”ə məğlub olmuşdu – 0:3.
Qeyd edək ki, “Saarbrüken” Almaniya çempionatının üçüncü divizionunda çıxış edir. Klub hazırda 20 komanda arasında 15-ci yerdədir. “Saarbrüken” mövsümün əvvəlindən çempionatda 11 turda cəmi 3 qələbə qazanıb.