“Bavariya” Tuxellə vidalaşır
Almaniyanın “Bavariya” klubu mövsümün sonunda baş məşqçisi Tomas Tuxellə yollarını ayıracaq.
Msport.az xəbər verir ki, bu barədə Münhen təmsilçisinin mətbuat xidmətindən bildirilib.
50 yaşlı mütəxəssisin müddəti 2025-ci ilin yayınadək olan müqaviləsi vaxtından əvvəl ləğv ediləcək.
Qeyd edək ki, Tuxel ötən ilin martında baş məşqçi təyin olunmuşdu.