“Bavariya” van Deyklə bağlı qərarını verdi
“Bavariya” “Liverpul”un müdafiəçisi Vircil van Deykin mümkün transferi ilə bağlı qərar verib.
Msport.az xəbər verir ki, Münhen klubu Niderland millisinin üzvünün keçidindən vaz keçib. Bundesliqa təmsilçisi 33 yaşlı arxa xətt oyunçusunu heyətinə qatmağı planlaşdırmır.
Qeyd edək ki, 2018-ci ilin əvvəlindən “Liverpul”da çıxış edən Vircil van Deyk mövsümün sonunda azad agent olacaq. O, cari mövsüm bütün turnirlərdə 41 oyun keçirib, 3 qol vurub, 1 məhsuldar ötürmə verib.