featured-image-63567

“Bavariya”nın yarımmüdafiəçisi Leon Qoretska və hücumçusu Harri Keyn zədələrini sağaldıblar.

Msport.az “Bild”ə istinadən xəbər verir ki, hr iki oyunçu artıq komanda ilə məşqlərdə iştirk edir.

Onların Çempionlar Liqasının 1/4 final mərhələsinin “İnter”lə ilk oyununda meydana çıxmağa hazır olacağı gözlənilir.

Kinqsli Koman isə son məşqi də buraxıb. O, hələ də zədəsini sağaltmaqla məşğuldur.

Xatırladaq ki, sabah keçiriləcək “Bavariya” – “İnter” oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Bənzər xəbərlər