featured-image-47641

Almaniya Bundesliqasında 32-ci turun oyunları keçirilir. Msport.az xəbər verir ki, çempionluğunu təmin etmiş “Bayer” səfərdə “Ayntraxt Frakfurt”un qonağı olub.

Xabi Alonsonun komandası səfərdə rəqibini darmadağın edib – 5:1. Leverkuzen klubunun heyətində Qranit Caka, Patrik Şik, Eksekiel Palasios, Jeremi Frimponq və Viktor Bonifase fərqləniblər.

“Ayntraxt”ın yeganə qolunu Uqo Ekitike vurub.

“Bayer” artıq 48 oyundur ki, uduzmur.

Bənzər xəbərlər