“Bayer” Almaniya Superkubokunu da qazandı
Almaniya superkubukunun sahibi bəlli olub. Msport.az xəbər verir ki, “Bay Arena”da keçirilən matçda “Bayer” və “Ştutqart” komandaları üz-üzə gəlib.
Qeyd edək ki, Leverkuzen klubu ötən mövsüm həm çempion olub, həm də Almaniya kubokunu qazanıb. Bu səbəbdən də “Bayer”lə superkubok matçına Bundesliqanın gümüş mükafatçısı “Ştutqart” çıxıb.
Oyunun əsas vaxtı 2:2 hesabı ilə heç-heçə başa çatıb. Oyunsonrası penalti zərbələrini daha dəqiq yerinə Xabi Alonsonun komandası superkuboku qazanıb.
Qeyd edək ki, “Bayer” 37-ci dəqiqədə meydanda azlıqda qalıb. Marten Terye meydandan qovulub.
“Bayer” – “Ştutqart” 2:2 (pen-4:3)
Qollar: Bonifase, 11, Şik, 88 – Miyo, 15. Undav, 62.