featured-image-64469

Almaniyanın “Bayer” klubunda baş məşqçi dəyişikliyi ola bilər.

Msport.az xəbər verir ki, komandanın çalışdırıcısı Xabi Alonsonun “Real”ın sükanı arxasına keçməsi gündəmdədir.

Bunu nəzərə alan Leverkuzen klubunun rəhbərliyi artıq axtarışlara start verib. İddiaya görə, siyahının ilk sırasında “Mançester Yunayted”in sabiq baş məşqçisi Erik ten haqın adı var. Niderlandlı mütəxəssisin alman dilini bilməsi onun digər namizədlərdən bir addım öndə olmasına imkan verir.

“Bayer” rəhbərliyi hələlik qərar verməyə tələsmir. Klub 2026-cı ilin yayınadək müqaviləsi olan Xabi Alonsonun hansı addımı atacağını gözləyir.

Qeyd edək ki, ten Haq 2024-cü ilin oktyabrında “Mançester Yunayted”dən ayrıldıqdan sonra işsizdir.

Bənzər xəbərlər