“Bayer”də niderlandlı futbolçu
“Bayer” yarımmüdafiəçi Ernest Poku ilə müqavilə imzalayıb.
Msport.az xəbər verir ki, 21 yaşlı niderlandlı “Alkmaar”dan transfer edilib.
Leverkuzen klubunun yeni futbolçu ilə müqaviləsi 2030-cu ilə qədər qüvvədə olacaq.
Qeyd edək ki, Poku 2024-25 mövsümündə “Alkmaar”ın heyətində 42 matçda 3 qol vurub, 8 məhsuldar ötürmə verib.