“Bayer”dən “Barselona”ya
“Bayer”in mərkəz müdafiəçisi Conatan Ta İspaniyaya köçməyə yaxındı.
Msport.az xəbər verir ki, futbolçu “Barselona”ya keçmək üzrədi.
Hətta 28 yaşlı oyunçunun qış fasiləsində “Barselona”nın ilk transferi olması gözlənilir. Futbolçunun özü ilə şəxsi razılıq əldə olunub. Ancaq o, yalnız mövsümün sonunda kataloniyalılara qoşula biləcək. Çünki Tanın “Bayer”lə müqaviləsi mövsümün sonuna qədərdi.
Qeyd edək ki, Conatan Ta bu mövsüm 21 oyun keçirib, 1 qol vurub.