featured-image-47839

Almaniyanın “Bayer” klubu 2023/2024 mövsümü ərzində 90-cı dəqiqədən sonra 17 qol vurub.

Msport.az xarici KİV-ə istinadən xəbər verir ki, bu statistika ötən gün UEFA Avropa Liqasının yarımfinal mərhələsinin cavab qarşılaşmaları çərçivəsində “Roma” ilə görüşdən sonra reallaşıb.

Heç-heçə (2:2) bitən oyunda almanlar ikinci qolu 90+7-ci dəqiqədə Yosip Stanişiçin sayəsində rəqib qapısından keçirməklə məğlubiyyətdən xilas olublar.

Qeyd edək ki, “Bayer 04” UEFA Avropa Liqasının finalında İtaliyanın “Atalanta” klubu ilə qarşılaşacaq. Həlledici oyun mayın 22-də İrlandiyanın paytaxtı Dublində baş tutacaq.

Bənzər xəbərlər