“Bayer” futbolçusunu icarəyə verdi
Almaniyanın “Bayer” klubunun futbolçusu Odilon Kossunu karyerasını İtaliyada davam etdirəcək.
Msport.az xəbər verir ki, “Atalanta” 23 yaşlı müdafiəçini icarəyə götürüb.
Fildişi sahilindən olan oyunçunun müqaviləsi 2024/2025 mövsümünün sonunadək nəzərdə tutulub.
Qeyd edək ki, Odilon Kossunu 2021-ci ildən Leverkuzen təmsilçisinin formasını geyinir.