featured-image-44588

“Bilirik ki, Bakıdakı oyun asan keçməyəcək”.

Msport.az “Kicker”ə istinadən xəbər verir ki, bu sözləri “Bayer”in (Almaniya) vitse-kapitanı Conatan Ta UEFA Avropa Liqasının 1/8 finalında “Qarabağ”la keçiriləcək oyun haqda danışarkən deyib.

Almaniya millisinin də üzvü olan müdafiəçi  Ağdam klubunun asan rəqib olmadığını bildirib: “Qarabağ”la səfər matçımız mütləq gərgin olacaq. Biz artıq bunu bir dəfə görmüşük. Rəqib çox məşhur komanda olmaya bilər, amma elə komandadır ki, onları qiymətləndirməyə bilmərik. Nə yaxşı ki, bizim onlara qarşı oyun təcrübəmiz var”.

Qeyd edək ki, “Bayer”lə “Qarabağ” arasında ilk oyun martın 7-də Bakıda olacaq və saat 21:45-də başlayacaq. Cavab matçı isə martın 14-də Leverkuzendə keçiriləcək.

Bənzər xəbərlər