“Bayer”in istədiyi yarımmüdafiəçi
“Bayer” yay “transfer pəncərəsi” zamanı heyətini ispaniyalı futbolçu ilə gücləndirmək istəyir.
Msport.az “Bild”ə istinadən xəbər verir ki, söhbət “Jirona”nın yarımmüdafiəçisi Aleş Qarsiyadan gedir.
Leverkuzen təmsilçisi 26 yaşlı futbolçu ilə uzunmüddətli müqavilənin şərtlərini razılaşdırıb. Transfer məbləği 15-20 milyon avro olacaq. Qarsiya ötən mövsüm La Liqada 37 oyun keçirib, 3 qol vurub və 6 məhsuldar ötürmə edib.
“Vilyarreal”ın yetirməsi olan Aleş “Mançester Siti”, “Muskron”, “Dinamo”(Buxarest), “Eybar”da da oynadıqdan sonra 2021-ci ildə “Jirona”ya keçib.