“Bayer”in müdafiəçisi “Barselona” ilə anlaşıb
“Bayer”in müdafiəçisi Conatan Ta yay transferi ilə bağlı “Barselona” ilə razılığa gəlib.
Msport.az xəbər verir ki, 29 yaşlı almaniyalı futbolçu yayda “Bayer”dən ayrılacağını açıqlamışdı.
O, klubu ilə yeni müqaviləyə razılıq verməyib. Kataloniya klubuna keçid hələ indiki mərhələdə tamamlana bilmir. Hələlik tərəflər arasında şifahi razılaşma olsa da, heç nə imzalanmayıb.
Ta “Real” və “Bavariya”nın diqqət mərkəzindədir. Əgər komandaya yayda “Bayer”in hazırkı baş məşqçisi Xabi Alonso rəhbərlik etsə, Madrid komandası ilə seçim aktual ola bilər. Futbolçu ilə məşqçi arasında yaxın münasibət var.
Qeyd edək ki, Conatan Ta 2015-ci ildə “Bayer”ə qoşulub. Bu müddət ərzində o, 398 oyun keçirib, 17 qol vurub və 13 məhsuldar ötürmə edib.