featured-image-46587

Almaniyanın “Bayer” klubunun futbolçusu Pyero İnkapye karyerasını İngiltərədə davam etdirə bilər.

Msport.az “FourFourTwo” nəşrinə istinadən xəbər verir ki, “Tottenhem” müdafiəçi ilə maraqlanır.

London təmsilçisi müdafiə xəttini gücləndirmək üçün ekvadorlu futbolçunu mövsümün sonunda transfer etməyi düşünür.

Paytaxt klubunun 22 yaşlı oyunçusunun keçidi üçün Almaniya təmsilçisinə ən azı 40 milyon avro ödəməli olacağı bildirilir.

Xatırladaq ki, İnkapye bu mövsüm bütün turnirlərdə 33 matçda iştirak edib, 1 qol vurub və 1 məhsuldar ötürmə edib.

Bənzər xəbərlər