featured-image-47200

Almaniyanın “Bayer” klubunun futbolçusu Ceremi Frimponq karyerasını İngiltərə davam etdirə bilər.

Msport.az xəbər verir ki, yarımmüdafiəçi “Mançester Yunayted”in maraq dairəsindədir.

“Qırmızı şeytanlar” 23 yaşlı niderlandlının bu yay heyətinə qatmağı planlaşdırır. Premyer Liqa təmsilçisinin nümayəndələri uzun müddətdir yaxından izlədikləri futbolçu ilə danışıqlara yaxın günlərdə başlamaq niyyətindədir.

Qeyd edək ki, Frimponq mövsümün 40 matçında 13 qol və 11 assistə imza atıb.

Bənzər xəbərlər