"Bayer"in yeni baş məşqçisi açıqlandı - RƏSMİ
Danimarka millisinin sabiq baş məşqçisi Kasper Yulmand Almaniyanın “Bayer” klubunu çalışdıracaq. Msport.az xəbər verir ki, 53 yaşlı mütəxəssislə müqavilə 2027-ci ilin iyununa kimidir.
Yulmand son dəfə 2020-ci ilin avqustundan 2024-cü ilin iyuluna kimi Danimarka yığmasını çalışdırıb. Onun rəhbərliyi altında milli komanda AÇ-2020-də yarımfinala kimi irəliləmişdi.
Qeyd edək ki, “Bayer” 2 turdan sonra baş məşqçi postundan Erik ten Haqı uzaqlaşdırmışdı.