“Bayer” “Qarabağ”ı Azərbaycan dilində salamladı
Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqiblərindən olan Almaniya “Bayer”i maraqlı paylaşım edib.
Msport.az xəbər verir ki, Leverkuzen təmsilçisi sosial şəbəkə hesabları vasitəsilə A qrupundakı rəqiblərini öz ölkələrinin dilində salamlayıb.
“Salam, Qarabağ FK”, “Hei, Molde FK”, “Hej, BK Häcken”, – paylaşımda qeyd olunub.
Xatırladaq ki, “Qarabağ” qrupda ilk oyununu sentyabrın 21-də Bakıda “Molde”yə qarşı keçirəcək.