“Bayer” rəsmisindən Alonsonun mümkün gedişinə münasibət
Almaniyanın “Bayer” klubunun idman direktoru Simon Rolfes baş məşqçi Xabi Alonsonun mümkün gedişinə münasibət bildirib.
Msport.az xəbər verir ki, yerli mətbuata açıqlama verən funksioner hazırda sakit və nikbin olduğunu söyləyib:
“Məşqçilər üçün ən vacib şey özlərini rahat hiss etmələri və lazımi yerə aid olduqlarını anlamalarıdır. Xabi bu barədə dəfələrlə danışıb”.
Qeyd edək ki, Alonso 2022-ci ilin oktyabrından Leverkuzen təmsilçisinin sükanı arxasındadır. Komanda hazırda 61 xalla Bundesliqada liderdir.