“Bayer” Xabi Alonsoyla yeni müqavilə bağladı
“Bayer Leverkusen” baş məşqçisi Xabi Alonso ilə müqavilə müddətinin uzadıldığını açıqlayıb.
Msport.az xəbər verir ki, ispan mütəxəssislə klub arasında yeni müqavilə 2026-cı il iyunun 30-na kimi nəzərdə tutulub. Alonsonun “Bayer”lə əvvəlki müqaviləsi 2024-cü ilin iyun ayına qədər nəzərdə tutulmuşdu.
Alonso 2022-ci ilin oktyabr ayından Bundesliqa klubunu çalışdırır.
“Bayer” 41 yaşlı məşqçinin karyerasında ilk klubudur. Buna qədər Alonso “Real Madrid” və “Real Sosyedad” akademiyalarında işləyib.
Royal Türksoy







