“Bayern” “Çelsi”nin vingerini transfer edir
“Bayern” “Çelsi”nin yarımmüdafiəçisi Kristofer Nkunkunun keçidi ilə bağlı razılıq əldə edib. Msport.az xəbər verir ki, futbolçu özü yanvarda Münhen təmsilçisinə qoşulmaq istəyir.
Fransa millisinin üzvü “Çelsi”yə 2023-cü ilin yayında transfer olunub. O, bu mövsüm bütün turnirlərdə 27 oyunda meydana çıxıb 12 qol vurub və 4 məhsuldar ötürmə verib.
27 yaşlı vingerin London klubu ilə müqaviləsi 2029-cu ilin yayına kimi nəzərdə tutulub. “Transermarkt” Nkunkunu 50 milyon avro dəyərləndirir.