featured-image-26875

Almaniya futbolunun əfsanəsi Lotar Matteus “Bayern Münhen”in rəhbər şəxslərindən olan Oliver Kanı yalan danışmaqda günahlandırıb. Msport.az xəbər verir ki, Bundestimin sabiq üzvü bildirib ki, Münhenlilər çoxdan Tomas Tuheli baş məşqçi postuna gətirmək istəyirdilər:

“İndi klubda Uli Höness və Karl-Haynts Rummeniggenin yeritdiyi isti münasibət və ailə atmosferi çatmır. Bütün rəhbər şəxlər məşqçini ictimaiyyət qarşısında müdafiə etmişdilər, lakin bir neçə gündən sonra onu qovdular. Bu mənim çox acığıma gəldi”.

Aprelin 1-də Kan “Sky Sports”da Mateusu tənqid edib. Həmçinin “Bayern”in baş direktoru Naqelsmannın istefasını komandanın uğur qazanması baxımından atılmış addım kimi qiymətləndirib.

Mateus Kana inanmadığını deyib: “Bilirəm ki Oliver Kan yalan danışır. O, problemlərdən yayınmaq üçün məni hədəf seçir. Mən gördüyümü, eşitdiyimi və hiss etdiyimi deyirəm.

“Bayern”in çoxdan Tuhellə razılığı olmuşdu. Mən “Bayern”də olan bir çox insanları tanıyıram, görünür Kan onları tanımır. Mən bilirəm bu hadisə necə oldu”.

ANAR 

Bənzər xəbərlər