featured-image-52977

Almaniyanın “Bayern” klubu itki ilə üzləşib.

Msport.az xəbər verir ki, bu barədə Münhen təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Müdafiəçi Yosip Stanişiç bir neçə həftə yaşıl meydanlardan kənarda qalacaq.

Xorvatiya millisinin 24 yaşlı üzvü bazar ertəsi Münhen komandası ilə məşq zamanı sağ dizindən ciddi zədə alıb.

Qeyd edək ki, Y.Stanişiç ötən mövsüm icarə əsasında “Bayer 04″də oynayıb, Bundesliqa çempionluğunu və Almaniya Kubokunu qazanıb. Leverkuzen klubunun heyətində 40 matça çıxan futbolçu hesabına 4 qol və 6 məhsuldar ötürmə yazdırıb.

Bənzər xəbərlər