featured-image-27705

Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyununda “Mançester Siti”yə uduzan “Bayern Münhen”in paltardəyişmə otağında xoşagəlməz hadisə yaşanıb.

Msport.az xəbər verir ki, final fitindən sonra tunelə daxil olan Leroy Sane və Sadio Mane mübahisə etməyə başlayıblar. İnsident soyunub-geyinmə otağında da davam edib.

Komanda yoldaşının danışıq tərzindən xoşu gəlməyən seneqallı hücumçu ona yumruq atıb. Bundan sonra hadisə daha da böyüyüb və oyunçular əlbəyaxa olublar. Komanda yoldaşları onları çətinliklə sakitləşdirib.

Qeyd edək ki, İngiltərədə keçirilən oyun “Mançester Siti”nin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Bənzər xəbərlər