featured-image-24370

Almaniyanın “Bayern” klubu hücumçusu Erik Şupo-Motinqlə müqavilənin müddətini artırıb.

Msport.az xəbər verir ki, 33 yaşlı forvardla müddəti 2024-cü ilin 30 iyununa kimi davam edəcək yeni müqavilə imzalanıb.

Şupo-Motinq 2020-ci ilin oktyabr ayından “Bayern”in uğurları üçün çalışır. 33 yaşlı futbolçu bu komandanın heyətində meydana çıxdığı 82 oyunda 33 qol vurub. O, daha öncə “Hamburq”, “Maynts”, “Şalke”, “Stok Siti” və PSJ klublarının da formasını geyinib, Kamerun millisində 73 matçda 21 dəfə fərqlənib.

Bənzər xəbərlər