featured-image-30121

“Bayern Münhen” bu mövsüm Almaniya Bundesliqasında çempion olsa, sabiq baş məşqçi Yulian Naqelsmanna mükafat verilməyəcək. Msport.az xəbər verir ki, bu məlumatı “Bild” nəşrinin jurnalisti Kristian Falk yayıb.

Qeyd edək ki, Naqelsmann martın 24-də Bundesliqanın 25-ci turundan sonra istefaya göndərilmişdi.

35 yaşlı mütəxəssis bu yay özünə klub tapa bilməsə, “Bayern” iyuldan onun maaşının 80 faizini verəcək. Əgər məşqçi 2024-cü ilin iyuluna kimi işsiz qalsa, əməkhaqqının 65 faizi ödəniləcək.

Qeyd edək ki, “Nefçi”də çempion olan mövsüm “Bayern” sayaq davaranmışdı. O zaman klub çempionluq qolu gətirən Ahmed Ahmedova mükafat söz versə də, bu günə kimi ödəməyib.

ANAR 

Bənzər xəbərlər