“Bayern”dən “Nyukasl”a keçə bilər
“Bayern Münhen”in futbolçusu Sadio Mane Premyer Liqaya qayıda bilər.
Msport.az xəbər verir ki, “Nyukasl Yunayted” seneqallı hücumçunu transfer etmək istəyir. “Sağsağanlar” Çempionlar Liqasına vəsiqə qazanacağı təqdirdə Mane klubun əsas transfer hədəfi olacaq.
31 yaşlı hücumçu “Bayern”ə mövsümün əvvəlində “Liverpul”dan keçib.
Qeyd edək ki, Mane cari mövsüm ərzində 35 oyunda iştirak edib və 12 qol vurub.
Royal Türksoy