featured-image-44386

“Bayern” Erik Dayerlə müqavilə müddətini artırıb. Msport.az xəbər verir ki, mərkəz müdafiəçisi ilə yeni anlaşma 2025-ci ilə kimi nəzərdə tutulub.

30 yaşlı müdafiəçi Münhen klubuna bu ilin yanvarında “Tottenhem”dən icarə əsasında gəlmişdi. İcarə müqaviləsində “Bayern”in ingiltərəli futbolçunun hüquqlarına yiyələnə bilmə bəndi var idi. Dayerin 2024-cü ilin yayına kimi London təmsilçisi ilə anlaşması olduğundan onun Almaniya klubuna rəsmi transferi yaydan sonra azad agent kimi olacaq.

Dayer bu mövsüm bütün turnirlərdə 10 oyunda meydanda olub.

Bənzər xəbərlər