featured-image-47220

“Bayern”in hücumçusu Harri Keyn 250 min avro bonus alacaq. Msport.az xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb.

Mənbənin sözlərinə görə, İngiltərə millisinin forvardının müqaviləsində mövsüm ərzində 40-dan çox məhsuldar hərəkət edəcəyi halda əlavə mükafat alması ilə bağlı bənd var.

Keyn bütün turnirlərdə 41 oyunda 40 qol vurub və 13 məhsuldar ötürmə verib.

Xatırladaq ki, 30 yaşlı futbolçu ötən yay “Tottenhem”dən Münhen klubuna keçib. Onun Almaniya təmsilçisi ilə müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub. “Transfermarkt”ın qiymətləndirməsinə görə, Keynin dəyəri 110 milyon avrodur.

 

Bənzər xəbərlər