featured-image-47034

Avstriya millisinin baş məşqçisi Ralf Ranqnik “Bayern”i çalışdırmağa namizədlərdəndir. Msport.az xəbər verir ki, təcrübəli mütəxəssis Tomas Tuxeli əvəzləməyə əsas məşqçilərdəndir.

Əgər o, Münhen klubunu çalışdırmağa razılıq versə, Avropa çempionatından sonra yeni komandasına qoşula bilər. Mənbənin sözlərinə görə, tərəflər artıq bu həftə ortaq məxrəcə gələ bilərlər.

65 yaşlı Ranqnik 2021-ci ilin dekabrında “Mançester Yunayted”in sükanı arxasına keçib. Lakin 2022-ci ilin mayında o, İngiltərə klubunu tərk etmişdi.

 

 

Bənzər xəbərlər