“Bayern”in bir çox futbolçusu Naqelsmannla yola getmirmiş
“Bayern Münhen”in bir çox futbolçuları Yulian Naqelsmannın baş məşqçi postundan göndərilməsini istəməyiblər. Msport.az “Bild”ə istinadən xəbər verir ki, gənc mütəxəssisi dəstəkləməyən təcrübəli oyunçular da olub.
Mənbənin sözlərinə görə, qapıçılar Manuel Noyer, Sven Ulrayx məşqçiyə qarşı radikal mövqe tutublar. Onların Naqelsmanndan narazı qalmasının səbəbi uzun illər qapıçılar üzrə məşqçi olmuş Toni Tapaloviçin qovulması olub. Bundan başqa, Serj Qnabri, Leroy Sane, Camal Musiala, Joau Kanselu və Sadio Mane də ona dəstək verməyiblər.
Tomas Müller bu məsələdə neytral mövqe tutub.
Naqelsmannın tərəfində olan əsas oyunçular Yozua Kimmix və Leon Qoretska olub. Matteys De Lixt, Benjamin Pavar və De Upamekano da məşqçini dəstəkləyiblər.
Xatırladaq ki, Naqelsmannın yerinə Tomas Tuhel Münhen klubunun baş məşqçisi təyin olunub.
ANAR ABDULLAYEV







