“Bayern”in Kompaniyə görə ödəyəcəyi məbləğ
İngiltərənin “Börnli” klubunun sükanı arxasında olan Vinsent Kompani “Bayern Münhen”in baş məşqçisi olmağa yaxındır.
Msport.az xəbər verir ki, bu barədə almaniyalı insayder Florian Plettenberq yayıb.
Mənbənin məlumatına görə, hazırda klublar arasında danışıqlar davam edir.
“Bayern”in Kompaniyə görə “Börnli”yə 10-15 milyon avro təzminat ödəyəcəyi vurğulanıb.
Vinsent özü Münhen komandası ilə 2027-ci ilə qədər müddətə müqavilə imzalamağa hazırdır.