featured-image-27744

“Bayern Münhen”in müdafiəçisi Daye Upamekano irqçi təhqirlərə məruz qalıb. Msport.az “Bild”ə istinadən xəbər verir ki, Çempionlar Liqasının 1\4 finalında “Mançester Siti” ilə oyunda (0:3) bir neçə səhvə yol verən futbolçu sosial şəbəkələrdə təhqir olunub.

Fransalı müdafiəçinin instaqram səhifəsində son paylaşımının altında çoxlu xoşagəlməz rəylər yazılıb. Upamekanonu “neqr” adlandırıblar, bir çox istifadəçilər meymun smaliki göndərib. Rəylərin birində isə “Sadəcə Afrikaya qayıt” yazılıb.

Baş verənlərlə bağlı “Bayern” futbolçuya dəstək olub: “Bayern” klubu irqçiliyi qəti şəkildə pisləyir. Bütün klub səninlədir”.

ANAR ABDULLAYEV 

Bənzər xəbərlər