"Bayern"in rəhbərliyinin hərəkətləri doğru deyil" - Toni Kroos
“Real”ın yarımmüdafiəçisi Toni Kroos “Bayern Münhen”in baş məşqçi Yulian Naqelsmannı istefaya göndərməsinə münasibət bildirib. Msport.az xəbər verir ki, 33 yaşlı futbolçu 2007-2014-cü illərdə Almaniya klubunun heyətində çıxış edib:
“Baş verənlər anormaldır. Onlar deyirdilər ki, baş məşqçiyə dəstək olacaqlar, bu, uzunmüddətli proektdir. Amma əksi baş verdi. Əgər bu addım idman nəticələrinə görə olsaydı, yenə başa düşmək mümkün idi. “Bayern”in rəhbərliyinin hərəkətləri doğru deyil”.
Qeyd edək ki, ötən mövsümdən Münhen təmsilçisinə rəhbərlik edən Naqelsmann bir neçə gün əvvəl istefaya göndərilib.
ANAR ABDULLAYEV







