featured-image-48784

“Bayern”in yeni baş məşqçisinin adı məlum olub. Msport.az xəbər verir ki, Vensan Kompani Münhen klubunun sükanı arxasına keçib.

“Börnli”nin sabiq baş məşqçisi Almaniya təmsilçisi ilə 2027-ci ilin yayına kimi müqavilə bağlayıb. “Bayern” bu transferə görə “Börnli”yə 12 milyon avro ödəyib.

Xatırladaq ki, belçikalı mütəxəssis 2022-ci ildən “Börnli”də işləyirdi. Komanda onun rəhbərliyi altında bu mövsüm 19-cu yeri tutaraq İngiltərə Premyer Liqasını tərk edib.

Kompani buna qədər “Anderlext”ə də rəhbərlik edib.

 

Bənzər xəbərlər