“Bayern” İspaniya millisinin üzvünü transfer edir
“Leyptsiq”in vingeri Dani Olmo bu yay “Bayern”ə keçə bilər. Msport.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Onun sözlərinə görə, 26 yaşlı futbolçu Münhen klubunun transfer siyahısındadır. “Bayern”in idman direktoru 2022-2022-ci illərdə “Leyptsiq”də işlədiyindən Olmonu yaxşı tanıyır.
İspaniya millisinin üzvünü “Bayern”lə yanaşı, “Barselona” və İngiltərə Premyer Liqasının iki klubu da transfer etmək istəyir.
Olmo bu mövsüm bütün turnirlərdə 25 oyunda 8 qol vurub və 5 məhsuldar ötürmə verib.
Onun “Leyptsiq”lə müqaviləsi 2027-ci ilin yayına kimidir. “Transfermarkt” portalı onun dəyərini 50 milyon avro qiymətləndirir.