“Bayern” Kanla Salihamiciçi qovdu
“Bayern Münhen” İdarə Heyətinin sədri Oliver Kan və idman direktoru Hasan Salihamiciçin klubdan ayrılacağını təsdiqləyib.
Msport.az xəbər verir ki, Müşahidə Şurasının növbədənkənar toplantısından sonra bu qərar verilib.
Kanın yerini Kristian Drizen tutacaq.
Salihamiciçin əvəzinə kimin işləyəcəyi məlum deyil.







