featured-image-30718

Joao Kanselo icarə əsasında çıxış etdiyi “Bayern Münhen”dən “Mançester Siti”yə qayıdacaq.

Msport.az xəbər verir ki, Bundesliqa çempionu portuqaliyalını “şəhərlilər”in tələb etdiyi 70 milyon avroya almaq istəmir.

“Arsenal” və “Barselona” futbolçunun transferində maraqlıdır. Kanselonun Kataloniya təmsilçisinə keçmək istədiyi vurğulanır.

Qeyd edək ki, Kanselo Bayerndə 21 matçda iştirak edib, 1 qol vurub və 6 assist edib.

Royal Türksoy

Bənzər xəbərlər