featured-image-21942

Joau Kanselunun “Mançester Siti”dən “Bayern Münhen”ə transferinin detalları məlum olub. Msport.az “Bild”ə istinadən xəbər verir ki, Almaniya klubu “şəhərlilər”ə heç nə ödəməyəcək.

“Bayern”in xərcləri yalnız futbolçuya maaş verməklə məhdudlaşacaq.

Almaniya çempionu portuqaliyalı futbolçunu mövsümün sonuna kimi icarəyə götürüb. Əgər münhenlilər istəsə, 70 milyon avroya futbolçunun transfer hüquqlarına yiyələnə bilərlər.

ANAR ABDULLAYEV 

Bənzər xəbərlər