“Bayern” keçmiş məşqçisini qaytarır
“Bayern” Hans Diter Fliki baş məşqçi postuna qaytarmağa yaxındır. Msport.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira paylaşım edib.
Mənbənin sözlərinə görə, Münhen klubu Flikə 2026-cı ilədək nəzərdə tutulan müqavilə təklif edib.
59 yaşlı mütəxəssis 2019-2021-ci illərdə “Bayern”ə rəhbərlik edib. Almaniya klubu onun rəhbərliyi altında Çempionlar Liqasını, Avropa Superkubokunu Almaniya kubokunu və iki dəfə Bundesliqanı qazanıb.
Flikin son iş yeri 2021-2023-cü illərdə çalışdırdığı Almaniya millisi olub.
Qeyd edək ki, Tomas Tuhel mövsümün sonunda “Bayern”i tərk edəcək.