featured-image-33617

“Bayern Münhen” “Napoli”nin futbolçusu Kim Min-Cenin transferini açıqlayıb.

Msport.az xəbər verir ki, son Bundesliqa çempionu 26 yaşlı müdafiəçi ilə 2028-ci ilin iyununa qədər müqavilə imzalayıb.

“Bayern” Kimə görə Neapol təmsilçisinə 50 milyon avro ödəyəcək.

Qeyd edək ki, Kim Min-Cen son mövsüm A Seriyasında 35 oyunda iştirak edib.

Royal Türksoy

Bənzər xəbərlər