featured-image-47299

“Bayern” bu yay müdafiəçisi Yozua Kimmixlə yollarını ayıra bilər. Msport.az “Sport.es”ə istinadən xəbər verir ki, Münhen klubu futbolçunu sərbəst agent kimi buraxmaq istəmir.

29 yaşlı oyunçunun müqaviləsi 2025-ci ilin yayında başa çatır. Almaniya klubu Kimmixdən ən azı 50 milyon avro qazanmaq niyyətindədir.

Müdafiəçini ala biləcək klublar arasında “Barselona”nın adı çəkilir. Eyni zamanda “Bayern” Kataloniya klubunun iki futbolçusu – mərkəz müdafiəçisi Ronald Arauxo və dayaq yarımmüdafiəçisi Frenki de Yonqun xidmətlərində maraqlıdır. Münhen təmsilçisi Kimmixi “Barsa”ya verib əlavə ödəniş etməklə bu iki oyunçunu transfer etmək istəyir.

 

 

 

Bənzər xəbərlər