“Bayern” Laymerin transferini açıqladı
“Bayern Münhen” Konrad Laymerin transferini açıqlayıb. Msport.az xəbər verir ki, “Leyptsiq”in sabiq futbolçusu ilə 2027-ci ilin iyununa kimi müqavilə imzalanıb.
Avstriyalı yarımmüdafiəçi Almaniya klubuna azad agent kimi keçib.
26 yaşlı futbolçu ötən mövsüm “Leyptsiq”də 29 oyunda 4 qol vurub və 1 məhsuldar ötürmə verib.







