featured-image-34291

“Bayern” və “Əl Nəsr” Sadio Manenin transferində ortaq məxrəcə gəliblər. Msport.az xəbər verir ki, bu barədə jurnalis Florian Plettenberq məlumat yayıb.

Onun sözlərinə görə, Münhen klubu bonusları da nəzərə alsaq, seneqallı futbolçunun satışından 28-30 milyon avro qazanacaq.

Hücumçunun bazar ertəsi Dubayda tibbi müayinədən keçməsi gözlənilir.

31 yaşlı oyunçu Almaniya klubuna ötən ilin yayında transfer olunmuşdu.

O, 2022-2023 mövsümündə 25 oyunda 7 qol vurub və 5 məhsuldar ötürmə verib.

Bənzər xəbərlər