featured-image-24225

“Bayern Münhen” yay transfer dövründə Serj Qnabri və Leroy Saneyə gələcək təklifləri dəyərləndirə bilər. Msport.az “Bild”ə istinadən xəbər verir ki, klub rəhbərliyi futbolçuların performasından razı deyil.

Münhen təmsilçisində hesab edirlər ki, onların maaşı ilə göstərdikləri oyun üst-üsə düşmür. Qətərdəki dünya çempionatından sonra Qnabri və Lane əsas heyətdə yerlərini itiriblər. Əgər vəziyyət dəyişməsə, “Bayern” yayda yaxşı təklif gələcəyi halda futbolçularla vidalaşa bilər.

27 yaşlı Sane bu mövsüm Bundesliqada 20 oyunda 6 qol vurub və 3 məhsuldar ötürmə verib.

Qnabri isə 22 matçda 9 dəfə fərqlənib və dörd məhsuldar ötürmə verib.

ANAR ABDULLAYEV 

Bənzər xəbərlər